300 agentlik ləğv ediləcək

Böyük Britaniya hökuməti Baş nazir Kir Starmerin xərcləri azaltmaq təşəbbüsü çərçivəsində 300 agentliyi bağlamağı və ya birləşdirməyi planlaşdırır.
TNS xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.
Məlumata görə, hjökumətlərarası əlaqələr üzrə nazir Pat Makfadden tezliklə işçilərin ixtisarının ilk dalğasını elan edəcək.
Bundan əlavə, hakimiyyət Britaniya dövlət qulluqçularının minlərlə kredit kartını ləğv etməyi planlaşdırır.
Bundan əvvəl “Times” xəbər vermişdi ki, Britaniya hökuməti büdcə kəsiri səbəbindən xərcləri azaltmaq zərurəti ilə əlaqədar yeni qırıcı təyyarənin hazırlanmasından imtina etməyi düşünür.