Siyasətin rəngli siması: bu dəfə onu dəvəquşu dişlədi - VİDEO

Böyük Britaniyanın sabiq baş naziri Boris Consonu safari parkında dəvəquşu dişləyib.
TNS xəbər verir ki, bununla bağlı görüntülər siyasətçinin həyat yoldaşı Kerri Conson tərəfindən sosial şəbəkədə paylaşılıb.
Conson avtomobilinin pəncərəsindən dəvəquşu yemləmək istəyərkən qəfildən heyvan içəriyə doğru uzanıb və onun əlini dişləyib. Video qısa zamanda diqqət çəkib və izləyicilərdən əyləncəli şərhlər alıb.
Qeyd edək ki, sabiq baş nazir siyasi karyerası boyunca oxşar gülməli və qəribə məqamlarla tanınıb. 2012-ci il London Olimpiadası zamanı kanatdan asılı qalması və Yaponiyaya səfəri zamanı reqbi oynayarkən bir uşağı yıxması kimi hadisələr B. Consonu Britaniya siyasətinin ən rəngarəng simalarından birinə çevirib.
Sözügedən görüntüləri təqdim edirik: