Bir sıra dənizlərdə Rusiyanın sualtı casus sensorları tapılıb

Böyük Britaniya Rusiyanın sualtı casus sensorlarını tapıb.
TNS xəbər verir ki, bu barədə “Sunday Times” məlumat yayıb.
Məlumata görə, Britaniya ordusu ölkənin dənizlərində Rusiya sensorlarını aşkar edib və onların nüvə sualtı qayıqlarında casusluq etməyə cəhd etdiklərinə inanır.
Ordu və kəşfiyyat rəisləri hesab edirlər ki, onlara Britaniyanın nüvə silahı olan dörd sualtı qayığı haqqında kəşfiyyat məlumatı toplamaq tapşırılıb.
Nəşr qeyd edib ki, Britaniya hökuməti, həmçinin rus oliqarxlarına məxsus superyaxtaların sualtı kəşfiyyat üçün istifadə oluna biləcəyinə dair etibarlı kəşfiyyata malikdir.