Daha bir epidemiya: 156 nəfər öldü
10
10:16 - 07 Aprel 2025

Nigeriyada yanvar ayından bəri meningit epidemiyasından ölənlərin sayı 156-ya yüksəlib.
TNS xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu dövrdə ölkədə 1858 meningit hadisəsi qeydə alınıb, həyatını itirənlərin sayı isə 156-ya yüksəlib.
Nigeriya hökuməti 2030-cu ilə qədər meningitə qalib gəlmək üçün yeni tədbirlər açıqlayıb.