Close

“Avropa liderləri daha çox televiziya izləsinlər”

Avropa dövlətlərinin rəhbərləri daha çox televiziya izləsin və ABŞ-nin yüksək səviyyəli liderlərini dinləsinlər.

TNS “CBS News”a istinadən xəbər verir ki,  bunu NATO-nun baş katibi Mark Rutte Vaşinqtonun Şimali Atlantika Alyansını tərk edə biləcəyi ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.

O, ABŞ-nin NATO-ya və təşkilatın kollektiv müdafiə müqaviləsinin 5-ci maddəsinə möhkəm sadiq olduğunu vurğulayıb. Rutte qeyd edib ki, Vaşinqton nüvə silahlarının yayılmasının qarşısının alınması da daxil olmaqla əsas təminatçıdır.