602 min uşaq iflic riski ilə üz-üzədir

Qəzzada təxminən 602 min uşaq iflic riski ilə üz-üzədir.
TNS xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrailin davam edən hücumları səbəbindən və poliomielit peyvəndlərinin Qəzzaya daxil olmasının qaşısı alındığından böyük bir epidemiya yaranıb.
"Qəzza zolağında 602 min uşaq daimi iflic və xroniki əlillik riski altındadır. Peyvəndlərin daxil olmasına icazə verilməməsi təkcə səhiyyə sisteminə deyil, həm də sosial və iqtisadi sahəyə ciddi ziyan vuracaq",- məlumatda qeyd olunub.
Nazirlik həmçinin Qəzza zolağının müxtəlif yerlərində uşaqların çıxışını təmin etmək üçün təhlükəsiz humanitar dəhlizlərin açılmasının vacibliyini vurğulayıb.