Close

23:21
08 Aprel 2025
20:03
08 Aprel 2025

İsrailə qarşı cihad elan olundu

Dünya Müsəlman Alimlər Birliyi İsrailə qarşı Fələstin (Qəzza) və Suriyadakı vəziyyətə görə cihad elan edib.

TNS xəbər verir ki, bu barədə Yaxın Şərq məsələləri üzrə ekspert Kənan Rövşənoğlu deyib.

O bildirib ki, Suriyada da vəziyyət dramatikləşir:

“Çünki İsrail işğal fəaliyyətlərini davam etdirir, hər gün az da olsa, irəliləyir. Özü də girdiyi yerlərdən çıxmayacağını açıq şəkildə elan edib. Suriyanın yeni hakimiyyəti hər nə qədər barışıq mesajları versə də, faydası olmadı. Xalq da İsrailin işğalını görür”.

Ekspert qeyd edib ki, Livanda da vəziyyət yaxşı deyil:

“Livan ordusunun komandanı general Rudolf Heykel dünən sərhədə gedib, orda deyib ki, Livanın əsas düşməni İsraildir. Çünki İsrail Livanın təhlükəsizliyini hələ də təhdid edir. Halbuki iki ay əvvəl Livanın yeni hökuməti bəyannaməsindən “müdafiə” bəndini çıxardı. Çünki Səudiyyə Ərəbistanı belə tələb edir. Ərəb ölkələri Hizbullah, yəni dolayısı ilə İranı Livandan çıxarmaq, həm də İsraillə barışmaq üçün yol açmaq istəyirdilər. Amma indi görürlər ki, məsələ Hizbullah və İran deyil, İsrail ətraf əraziləri işğal edir.

Suriyanın yeni hakimiyyəti üçün İsraillə müharibə böyük riskdir. Çünki bu müharibə Suriyanı xaraba qoya, hakimiyyətin devrilməsinə səbəb ola bilər. Suriyada qlobal cihad hərəkatı isə İsrail və ABŞ üçün yeni imkanlar yarada bilər.

Qəzzada vəziyyət daha dramatikdir. Ərəb ölkələri və İsrail HƏMAS-ı Qəzzadan çıxarmaq üçün qollarını çırmalayıb. Artıq HƏMASaa qarşı etiraz aksiyaları keçirilir, İsrail isə zolağı yenidən işgal etməyə çalışır.

Nəticədə Yaxın Şərqdə vəziyyət daha fəciəvidir”.