Helikopter radarlardan itdi: ekipaj üzvlərinin axtarışları davam edir
30
18:42 - 06 Aprel 2025

Yaponiya xilasetmə xidmətinin helikopteri Tsusima adası yaxınlığında Yapon dənizində radarlardan itib.
TNS xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Qeyd olunub ki, altı ekipaj üzvündən üçü tapılıb və xəstəxanaya yerləşdirilib. Digər üç nəfərin axtarışları davam edir. Xilasetmə xidmətlərinin məlumatına görə, helikopterlə əlaqə eniş etməli olduğu yerli hava limanından 10 km məsafədə olarkən itib.
Hazırda ərazidə ölkənin sahil mühafizəsinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatı davam edir.