Xamenei göstəriş verdi - Ordu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi
70
18:20 - 06 Aprel 2025

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ölkənin silahlı qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə göstəriş verib.
TNS xəbər verir ki, bu barədə "Reuters" agentliyi İranın adı açıqlanmayan yüksəkvəzifəli məmuruna istinadla xəbər verir.
Məlumatda deyilir ki, ali lider İran Silahlı Qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
Xatırladaq ku, ötən gün İran prezidenti Tehranın Vaşinqton ilə bərabərhüquqlu dialoqa hazır olduğunu bildirmişdi.