Close

Rəsmi London: "Tramp qloballaşmanın sonunu gətirdi"

ABŞ Prezidenti Donald Trampın Administrasiyasının tətbiq etdiyi rüsumlar səbəbindən qloballaşma dövrü başa çatıb.

TNS "Times" nəşrinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Kir Starmerin Ofisinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, dünya dəyişib, qloballaşma qurtarıb və indi dünya yeni eraya qədəm qoyub:

"Trampın qərarlarının əhalinin müəyyən hissəsi tərəfindən dəstəklənməsinin səbəbi məhz budur", - bəyanatda deyilir.