İran ABŞ ilə birbaşa danışıqları mənasız sayır

"ABŞ ilə birbaşa danışıqların mənası yoxdur".
TNS "Agence France-Presse" agentliyinə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib.
"Daim güc tətbiq etməklə hədələyən və özünün müxtəlif rəsmi şəxsləri ilə ziddiyyətli mövqelər ifadə edən tərəflə birbaşa danışıqların mənası yoxdur" , - deyə o vurğulayıb.
Xatırladaq ki, martın 7-də ABŞ Prezidenti Donald Tramp İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xameneiyə nüvə proqramı üzrə danışıqların aparılması təklifi ilə məktub göndərdiyini söyləyib.
Tehran Vaşinqtonla birbaşa dialoqdan imtina edib, lakin danışıqların vasitəçilərlə davam etdirilməsini mümkün hesab edib.