Close

Bir gecədə 49 PUA-sı vuruldu

Gecə Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri 49 Ukrayna pilotsuz uçuş aparatını vurub.

TNS xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Gecə saatlarında ümumilikdə 49 pilotsuz uçuş aparatı (PUA) Rusiya ərazisində zərərsizləşdirilib. Onlardan 16-sı Voronej vilayəti, 14-ü Belqorod vilayəti, 6-sı Kursk vilayəti, 6-sı Samara vilayəti, 3-ü Mordoviya Respublikası, 1-i Bryansk, 1-i Lipetsk, 1-i Orlov daha biri isə Penza vilayəti üzərində məhv edilib.