Rusiya şimali koreyalı hərbçiləri Krıma göndərir
12
19:40 - 04 Aprel 2025

Rusiya hərbçiləri Şimali Koreyanın “Koksan” artilleriya birləşmələrini Krıma köçürməyə başlayıb.
TNS xəbər verir ki, bu barədə ZDF məlumat yayıb.
Bildirilib ki, bu, Şimali Koreya qoşunlarının yarımadaya göndərilməsinin xəbərçisi ola bilər.
Qeyd edək, Şimali Koreyadən göndərilmiş hərbi birləşmələr əsasən Rusiyanın Kursk vilayətində döyüşürdülər.