“Ticarət savaşı” alovlanır, təhdidlər çoxalır

Çin ABŞ-nin “qarşılıqlı tariflər” çərçivəsində Çindən idxal etdiyi məhsullara tətbiq etdiyi 34 faizlik tarif artımına cavab olaraq eyni dərəcədə əlavə rüsum tətbiq edəcəyini açıqlayıb.
TNS xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, aprelin 10-dan etibarən ABŞ mallarına 34 faiz rüsum tətbiq ediləcək.
Qeyd edək ki, ABŞ-nin Maliyyə Naziri Skot Bessent ticarət tərəfdaşlarına Trampın tariflərinə cavab verməmələri barədə xəbərdarlıq edib: "Hazırda hər ölkəyə məsləhətim qisas almamaqdır. Oturun, baş verənləri qəbul edin. Baxaq görək necə olacaq. Çünki qisas alsanız, gərginlik yaranacaq. Əgər cavab verməsəniz, bu, artıq zirvədir".