Nənəsi ilə mübahisə edən yeniyetmə qaynar su ilə onu yandırdı
24
12:55 - 04 Aprel 2025

Sankt-Peterburqda 17 yaşlı oğlan mübahisədən sonra 75 yaşlı nənəsinin üzərinə qaynar su töküb.
TNS xəbər verir ki, bu barədə 78.ru telekanalı məlumat yayıb.
Nəticədə yaşlı qadının baş, döş qəfəsi və boyun nahiyəsində ikinci dərəcəli termiki yanıq yaranıb, bədəninin 14%-i zədələnib.
Təqaüdçünün nəvəsi ilə əvvəllər də problemi olub və polisdə qeydiyyata alınıb.