Baş nazir istefa verdi - FOTO
620
12:03 - 04 Aprel 2025

Acarıstan Muxtar Respublikasının Baş naziri Tornike Rijvadze istefa verib.
TNS xəbər verir ki, bu barədə hökumət başçısı sosial şəbəkə hesabında yazıb.
O, artıq yeddi ildir ki, bu vəzifədə olduğunu bildirib: “Yeniliklərin vaxtı çatıb və gələcək sədrə uğurlar arzulamaq istəyirəm".
Tornike Rijvadzenin 36 yaşı var. O, 2018-ci ilin iyul ayından Acarıstan hökumətinə rəhbərlik edir. Buna qədər o, Gürcüstanın energetika nazirinin müavini və Gürcüstanın Energetikanın İnkişafı Fondunun direktoru vəzifələrində çalışıb.