5 milyonluq “qızıl kart” təqdim olundu
10
11:05 - 04 Aprel 2025

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə yeni 5 milyon dollarlıq “qızıl kartı” nümayiş etdirib.
TNS xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.
Tramp jurnalistlərə bildirib ki, 5 milyon dollara bu sizin ola bilər.
Qeyd edək ki, hələ fevral ayında Tramp həddindən artıq yüklənmiş və ağır EB-5 viza proqramını effektiv şəkildə modernləşdirərək, zəngin əcnəbilər üçün "yaşıl kart və üstünlüklərini" ehtiva edən qızıl kartların satışına başlamaq planlarını açıqlamışdı.