İsrail Qəzzanın şərqində quru əməliyyatına başlayıb
9
10:07 - 04 Aprel 2025

İsrail ordusu Qəzza şəhərinin şərqində yerləşən Əl-Şücayyə bölgəsində quru əməliyyatına başlayıb.
TNS xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Əməliyyat çərçivəsində hərbçilər çoxlu sayda HƏMAS yaraqlısını və komanda-nəzarət mərkəzini və bir sıra obyektləri məhv edib”, - məlumatda deyilir. Mülki şəxslərin təhlükəsizliyi üçün mütəşəkkil marşrutlar üzrə döyüş bölgəsindən təxliyəsinə icazə verildiyi bildirilib.