30 may Mask üçün son gün olacaq

Amerikalı milyarder İlon Mask prezident Donald Trampın müvəqqəti müşaviri kimi 130 günlük səlahiyyət müddəti başa çatdıqdan sonra ABŞ hökumətindəki vəzifəsindən istefa verə bilər.
TNS xəbər verir ki, bu barədə Amerikanın “Bloomberg” agentliyi mənbələrə istinadən yazıb.
İlon Maskan 130 günlük səlahiyyət müddəti Trampın andiçmə mərasimindən ardıcıl olaraq hesablansa, mayın 30-da başa çatacaq.
“Bununla belə, hələ heç bir rəsmi tarix təyin edilməyib. Ağ Ev Maskın 130 gününü nə vaxt başa vuracağını müəyyənləşdirməlidir”,- agentliyin mənbəsi bildirib.
Nəşr həmçinin qeyd edib ki, Mask yenə də ABŞ-nin büdcə xərclərinin azaldılmasına əhəmiyyətli təsir göstərəcək və rəsmi gedişindən sonra da “Trampın sirdaşı” olaraq qalacaq.