İsrail qüvvələri məktəbi atəşə tutdu: ölənlər var
16
23:00 - 03 Aprel 2025

İsrail qüvvələrinin Qəzzanın şərqindəki əl-Tuffah bölgəsində məktəb binasını atəşə tutması nəticəsində azı 29 nəfər ölüb, 100-dən çox adam yaralanıb.
TNS xəbər verir ki, bu barədə Qəzza hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ölənlər arasında uşaqlar, qadınlar və qocalar var. Zərərçəkənlərdən bəzilərinin vəziyyəti ağırdır.