Ermənistanda keçmiş Baş Qərargah rəisi yeni cinayətdə ittiham olunur
13
23:00 - 01 Aprel 2025

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyana qarşı yeni cinayət işi açılıb.
TNS xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
İttihama görə, Akopyanın səhlənkarlığı nəticəsində 9 il əvvəl Rusiyadan Ermənistana yararsız hərbi texnika gətirilib.
Akopyanla yanaşı, Silahlı Qüvvələrin Raket Qoşunları və Artilleriya Baş İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan da ittiham olunur.
Müqaviləni Movses Akopyan imzalayıb. Nəticədə 4,3 milyard dramdan artıq hərbi texnika alınıb.