Close

Argentina prezidenti görüş üçün iş adamlarından pul alıb

Argentina Prezidenti Xavyer Miley deputat olduğu dövrdə şəxsi görüşlər üçün pul alıb.

TNS "Bloomberg"ə istinadən xəbər verir ki, bu görüşlər aylıq olaraq keçirilib və tədbirdə hər biri 20 min dollar (təxminən 34 min manat) nağd pul ödəyən 5-10 nəfər nüfuzlu iş adamı iştirak edib.

Məlumata görə, Mileyin bu pulları necə xərclədiyinə dair heç bir rəsmi uçot aparılmayıb.

Prezidentlik kampaniyasına başladıqdan sonra Miley "Bloomberg"ə verdiyi açıqlamada bu görüşləri iqtisadi məsləhətçi kimi fəaliyyətinin bir hissəsi adlandırıb.

Nəşrin yazdığına görə, belə görüşlərin qanuniliyi müzakirə mövzusudur.