Close

18:50
02 Aprel 2025

Dünyanın ən varlısı o oldu

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən İlon Mask dünyanın ən zəngin milyarderləri siyahısına başçılıq edir.

TNS xəbər verir ki, bu barədə “Forbes” jurnalının reytinqində deyilir.

Nəşr onun sərvətini 342 milyard dollar dəyərində qiymətləndirir. İkinci yeri sərvəti 216 milyard dollar olan “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq tutub. Üçüncü yerdə 215 milyard dollarlıq sərvətlə “Amazon”un qurucusu Ceff Bezos qərarlaşıb. Növbəti sırada “Oracle” korporasiyasının yaradıcılarından biri Larri Ellison gəlir, onun sərvəti 192 milyard dollar dəyərində qiymətləndirilir.

2024-cü ildə siyahıya LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun sahibi milyarder Bernard Arno başçılıq edib. Bununla belə, 2025-ci ildə Arno və ailəsi 178 milyard dollarlıq sərvətlə beşinci yerdə qərarlaşıb.

Ümumi sərvəti 16,1 trilyon dollar olan 3000-dən çox insan jurnalın siyahısına düşüb. “Forbes”in qeyd etdiyi kimi, ilk dəfə üç nəfər 200 milyard dollardan çox sərvətə sahibdir.