Close

18:50
02 Aprel 2025

Sabah Fransaya gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Fransaya rəsmi səfər edəcək.

TNS xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Bildirilib ki, Fidan Parisdə fransalı həmkarı Jan-Noel Barro ilə görüşəcək.

Görüşdə Fransa ilə siyasi münasibətlər, Ukrayna-Rusiya müharibəsi, həmçinin aktual regional və beynəlxalq məsələlər müzakirə ediləcək.