Bu universitetin 9 milyard vəsaiti donduruldu

Tramp administrasiyasının Harvard Universitetində başlatdığı antisemitizmlə mübarizəyə yönəlmiş araşdırma institut üçün federal maliyyənin 9 milyard dollara qədər dondurulması ilə nəticələnə bilər.
TNS xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
"Harvardın universitet şəhərciyində tələbələri antisemitizm ayrı-seçkiliyindən qoruya bilməməsi, eyni zamanda, bölücü ideologiyaları təbliğ etməsi onun reputasiyasını ciddi risk altına qoyub",- ABŞ-nin Təhsil Naziri Linda MakMahon deyib.
Onun sözlərinə görə, 256 milyon dollarlıq müqavilələr və 8,7 milyard dollarlıq çoxillik qrant öhdəlikləri risk altındadır.