Close

Qaz kəmərində partlayış: 100-dən çox xəsarət alan var

Malayziyada “Petronas” qaz kəmərində baş verən yanğında 112 nəfər xəsarət alıb.

TNS xarici mediaya istinadən xəbər verir ki, bu barədə Malayziyanın dövlət enerji şirkəti “Petronas” məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində yaralanan 112 nəfərdən 49-u Subanq Cayadakı məbəddə tibbi yardım alıb, 63 nəfər isə yanıqlar, tənəffüs problemləri və diğər xəsarətlər səbəbindən müxtəlif xəstəxanalara göndərilib.

Yanğının 49 evi də əhatə etdiyi bildirilib.