Close

Poroşenko Zelenskiyə müraciət etdi

Ukraynanın sabiq Prezidenti Petro Poroşenko təbii sərvətlərlə bağlı razılaşmanı ölkənin suverenliyinə təhlükə adlandırıb və Volodimir Zelenskini təcili olaraq parlament fraksiyalarının rəhbərləri ilə görüşməyə çağırıb.

TNS xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.

"Ukrayna xalqının danışıqlarla bağlı vacib xəbərləri xarici mediadan öyrənməsi qəbuledilməzdir. Ölkə daxilində isə hamı təbliğat marafonunun isti vannasına qərq olmağa davam edir",- Poroşenko deyib.

O qeyd edib ki, ölkədə başlayan antiamerikan isteriya vəziyyəti daha da pisləşdirə bilər.