Close

Tramp onun həbsini öz yaşadıqlarına bənzədib

ABŞ Prezidenti Donald Tramp Fransanın “Milli Birlik” partiyasının rəhbəri Marin Le Penə verilən hökmü onun özünün ABŞ-də üzləşdiyi ittihama bənzədib.

TNS xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Bu, çox böyük bir hadisədir. Çoxları onun günahsızlığının sübut olunacağına inanır. Bu, bizim ölkəmizə çox bənzəyir", - ABŞ prezidenti vurğulayıb.

Xatırladaq ki, Paris məhkəməsi Marin Le Peni parlament köməkçiləri işində təqsirli bilib və onu dörd il müddətinə (iki il şərti və iki il elektron qolbaqla) azadlıqdan məhrum edib. Həmçinin məhkəmə Le Penə beş il müddətində dövlət orqanlarına seçilməyi qadağa qoyub.