Close

Təyyarə okeanın üzərindən geri qayıtdı - SƏBƏB

İndoneziyanın Bali adasından Avstraliyanın Melburn şəhərinə uçan sərnişin təyyarəsində maraqlı hadisə yaşanıb.

TNS xəbər verir ki, təyyarə Hind okeanı üzərindən uçarkən sərnişinlərdən biri hava gəmisinin qapısını zorla açmağa çalışıb, onu dayandırmaq istəyən ekipaj üzvlərinə qarşı aqressiv davranıb.

Uçuş heyəti vaxtında müdaxilə edərək, həmin şəxsi qapıdan uzaqlaşdırsa da, pilot təhlükəsizlik səbəbindən Baliyə qayıtmaq qərarına gəlib. Beləliklə, təyyarə havaya qalxdıqdan təxminən bir saat sonra Hind okeanı üzərindən geriyə dönüb və Bali adasına yollanıb.

Məlum olub ki, təyyarənin arxa hissəsində olan qadın qapının dəstəyini qaldırmağa müvəffəq olub, lakin xəbərdarlıq sistemi işə düşdüyü üçün ekipaj üzvləri ona müdaxilə edib.

Təyyarə Balidə yerə endikdən sonra sərnişin yerli təhlükəsizlik qüvvələri tərəfindən hava gəmisindən endirilib.