Rusiya-ABŞ yaxınlaşmasında Avropanın məqsədi nədir?

Avropa siyasətçilərinin Rusiya ilə ABŞ arasında təmasların bərpası ilə bağlı üç məqsədi var.
TNS xəbər verir ki, bu barədə "Foreign Affairs" yazıb.
Nəşrin müəllifləri qeyd edib ki, Avropa liderləri Moskva ilə Vaşinqton arasında yaxınlaşma və Amerika vitse-prezidenti Vensin Aİ-nin daxili siyasəti ilə bağlı ritorikasına görə Amerika nüvə çətirinin artıq onların təhlükəsizliyinin təminatçısı olmayacağı barədə düşünürlər.
Bu baxımdan, Avropa “nüvə trilemması”nı həll etməlidir. Söhbət Rusiyanın etibarlı və effektiv cilovlanmasından, strateji sabitlikdən və yeni dövlətlərdə nüvə silahının yaranmasının qarşısının alınmasından gedir.
“Avropa liderləri hər üç məqsədə eyni vaxtda nail ola bilməyəcəklər - onlardan ikisinə nail olmaq üçüncüyə nail olmağı qeyri-mümkün edir”,-məqalədə vurğulanıb.