Close

İsrail Beyruta hücum etdi: ölən və yaralananlar var

İsrail Livanın Beyrut yaxınlığındakı Dahiyə bölgəsinə hava zərbələri endirib.

TNS xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Hücumun HƏMAS yaraqlılarına bir müddət əvvəl əmrlər verən və İsrail vətəndaşlarına qarşı əməliyyatların planlaşdırılmasına kömək edən Hizbullah üzvünü hədəf aldığı bildirilib.

Livanın Səhiyyə Nazirliyi hücumda ən azı 3 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını açıqlayıb.