Hansı ölkələr mediaya daha çox güvənir

Beynəlxalq ictimaiyyətlə əlaqələr və strateji kommunikasiyalar agentliyi Edelman yeni icmal təqdim edib.
TNS xəbər verir ki, burada müxtəlif ölkələrin sakinlərinin öz yerli mediasına nə qədər inandıqları qiymətləndirilib.
Sosioloji sorğulardan əldə edilən məlumatlara görə, Asiya qitəsinin ən böyük ölkələri olan Çin, İndoneziya və Hindistanın sakinləri mediaya yüksək səviyyədə etimad göstərdiklərini bildiriblər. Bu, ictimaiyyətin öz mediasına daha çox şübhə ilə yanaşdığı Yaponiya və Cənubi Koreyadan tamamilə fərqlidir.
Səudiyyə Ərəbistanı və BƏƏ-də son beş il ərzində 6% artımla əhəmiyyətli dəyişikliklər olub.
Yaponiya, Almaniya və ABŞ-də eyni dövr ərzində 5 % azalma müşahidə olunub. Bunun əksinə olaraq, Fransa və Cənubi Afrikada mediaya inam daha çox artıb.
Azərbaycan isə bu hesabata daxil edilməyib.