Tramp: "Husilərə qarşı hücumlar davam edəcək"

ABŞ-nin husilərə qarşı hərbi hücumları gəmiçilik üçün təhlükə sovuşana qədər davam edəcək.
TNS-in xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "X" sosial şəbəkəsində yazıb.
"İran tərəfindən dəstəklənən husi terrorçuları son iki həftə ərzində davamlı hücumlarla darmadağın edilib. Onların bir çox döyüşçüləri və liderləri artıq aramızda deyil. Biz onları gecə-gündüz, getdikcə daha sərt şəkildə vururuq. ABŞ gəmilərinə atəş açmağı dayandırın, biz də sizə atəş açmağı dayandıracağıq. Əks halda həm husilər, həm də onların İrandakı himayədarları üçün əsl çətin mərhələ yetişməkdədir”, - ABŞ lideri qeyd edib.