Məsciddə partlayış oldu - Ölənlər var
43
18:00 - 31 Mart 2025

Özbəkistanın şərqindəki Əndican vilayətində məsciddə qaz-hava partlaması nəticəsində, 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
TNS xəbər verir ki, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Partlayış nəticəsində 3 vətəndaş həlak olub, 10 vətəndaş yaralanaraq tibb müəssisələrinə aparılıb", - nazirliyin Teleqram kanalında yayılan məlumatda qeyd olunub.