“Apple” şirkəti 150 milyon avro cərimələndi

Fransanın antiinhisar tənzimləyicisi iOS və iPadOS əməliyyat sistemlərində mobil tətbiqlərin yayılmasında dominant mövqeyindən sui-istifadə etdiyinə görə “Apple” şirkətini 150 milyon avro cərimələyib.
TNS “İnterfaks”a istinadən xəbər verir ki, pozuntular 2021-ci ilin aprelindən 2023-cü ilin iyuluna qədər olan dövrü əhatə edir.
Cərimələrə səbəb istifadəçi fəaliyyətinin izlənilməsini tənzimləyən “App Tracking Transparency” (ATT) mexanizmi olub. Tənzimləyicinin fikrincə, “Apple” ondan üçüncü tərəf proqramlarının işləməsini çətinləşdirən və tərtibatçılara və reklamçılara zərər verən şəkildə istifadə edib.
“Apple”dan bildiriblər ki, belə qərar qəbul olunduğuna görə məyusdurlar, lakin tənzimləyici ATT-də dəyişiklik edilməsini tələb etməyib. Şirkət mexanizmin istifadəçilərə şəxsi məlumatlara nəzarət etməkdə kömək etdiyindən əmindir və cəmiyyətdən dəstək alıb.