17 “Tesla” külə döndü - FOTO
19
17:17 - 31 Mart 2025

İtaliyanın paytaxtı Romada “Tesla” avtomobillərinin satış məntəqəsində yanğın baş verib.
TNS xəbər verir ki, nəticədə 17 avtomobil külə dönüb.
Bildirilib ki, gecə saatlarında mərkəzdə qəfil yanğın başlayıb. Hadisə yerinə dərhal yanğınsöndürmə briqadası cəlb edilib, yanğın bir neçə saat sonra söndürülüb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmasa da, 17 maşın tam yararsız hala düşüb. Yanğının səbəbi araşdırılır.