Onlar tarixi sazişi imzaladılar
30
14:46 - 31 Mart 2025

Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistanın lideri Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov martın 31-də Xucənd şəhərində keçirilən birinci üçtərəfli sammitin yekunları üzrə bir sıra sazişlər imzalayıblar.
TNS xəbər verir ki, bu barədə “Sputnik Tacikistan” məlumat yayıb.
Bildirilib ki, liderlər üç ölkənin dövlət sərhədlərinin qovşağına dair sənədi, eləcə də əbədi dostluq haqqında Xucənd bəyannaməsini imzalayıblar.
Tədbir Tacikistan liderinin Xucənd yaxınlığında yerləşən Gülistondakı iqamətgahında baş tutub.