Yeddi günlük milli matəm elan edildi
26
13:12 - 31 Mart 2025

Myanmanın Baş naziri Min Aun Hlayn ötən həftə baş vermiş zəlzələlərin nəticələri ilə əlaqədar bir həftəlik milli matəm elan edib.
TNS xəbər verir ki, bu barədə TASS-da məlumat yayılıb.
Bildirilib ki, zəlzələlər nəticəsində ölənlərin sayı 1 700 nəfərə çatıb, yaralananların sayı isə 3 400 nəfərdir.
Xatırladaq, martın 28-də Myanmanın mərkəzi hissəsində 7,7 və 6,4 maqnitudalı iki güclü zəlzələ baş verib. Yeraltı təkanlar qonşu ölkələrdə, o cümlədən Tailandda da hiss olunub. Paytaxt Banqkokda tikilməkdə olan hündürmərtəbəli binanın uçması nəticəsində azı 6 nəfər ölüb, onlarla insanın yaralanıb.