Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq
8
09:11 - 31 Mart 2025

"Prezident Volodimir Zelenski Ukraynanın NATO-ya üzv olmasını istəyir, lakin bu, heç vaxt baş verməyəcək".
TNS “Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp deyib ki, Ukrayna heç vaxt NATO-nun üzvü olmayacaq və Zelenski də bunu anlayır.
ABŞ Prezidenti Zelenskiyə nadir torpaq metalları üzrə sövdələşmədən imtinaya görə böyük problemlər vəd edib.