Sərnişin avtobusu aşdı: 7 nəfər öldü, 30 nəfər yaralandı
748
19:20 - 30 Mart 2025

İranın Kerman vilayətində avtobus aşıb.
TNS xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Bildirilib ki, avtobusun aşması nəticəsində azı 7 nəfər ölüb.
Qəza nəticəsində 30 nəfərin yaralandığı qeyd edilib.
Əraziyə bir neçə təcili yardım maşını göndərilib.