Close

İran ABŞ-la birbaşa danışıqlardan imtina etdi

Tehran ABŞ Prezidenti Donald Trampa cavab məktubunda Vaşinqtonla birbaşa danışıqlardan imtina edib, yalnız vasitəçilik üçün pəncərə açılıb.

TNS "Tasnim News"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib.

Pezeşkian qeyd edib ki, İran amerikalı həmkarının məktubuna cavabı Oman vasitəsilə göndərib.

“İran vasitəçilik yolu ilə danışıqlara açıq olduğunu bəyan edir və heç vaxt danışıqlardan yayınmadığını vurğulayır", - Pezeşkian bildirib.

İran Prezidenti əlavə edib ki, yerinə yetirilməmiş vədlər İran və ABŞ arasında etimadın bərpası ilə bağlı problemlərə gətirib çıxarıb, danışıqların taleyini Vaşinqtonun davranışı müəyyənləşdirir.