Daha bir güclü zəlzələ baş verdi
444
11:02 - 30 Mart 2025

İndoneziya sahillərində 5,1 maqnitudalı zəlzələ olub.
TNS xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 250 min nəfər əhalisi olan Banda Açex şəhərindən 12 km cənub-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Sunami təhlükəsi elan olunmayıb.