Close

13:45
01 Aprel 2025
12:50
01 Aprel 2025
12:43
01 Aprel 2025
12:29
01 Aprel 2025

Təyyarə yaşayış evinə düşdü

Kiçik SOCATA TBM 700 təyyarəsi ABŞ-nin Minnesota ştatının Bruklin-park şəhərində yaşayış evinə düşüb.

TNS xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Hadisə martın 29-da yerli vaxtla saat 12:20-də (Bakı vaxtı ilə 21:20) baş verib, təyyarənin düşməsindən sonra yanğın başlayıb.

Telekanalın məlumatına görə, təyyarədəki bütün sərnişinlər və ekipaj üzvləri ölüb, lakin evdə olan insanlar xəsarət almayıb.

Yerli yanğınsöndürmə xidməti hələlik ölənlərin sayını müəyyən edə bilməyib. ABŞ-nin Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Şurası təyyarə qəzasının hallarını araşdırmağa başlayıb.