Ziyafətdə atışma: 2 ölü, 4 yaralı
34
23:20 - 29 Mart 2025

ABŞ-nin Vaşinqton ştatının Takoma şəhərində ziyafətdə baş verən atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
TNS “ABC News”a istinadən xəbər verir ki, polisə qonaqlıq zamanı dava olması barədə məlumat daxil olub. Polis gələnə yaxın atəş səsləri eşidilib.
Atışma baş verən ərazidə polis ölmüş gənc və beş yaralı aşkarlayıb. Yaralılar xəstəxanaya çatdırılsa da, biri orada ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.