Close

BMT həyəcan təbili çaldı

Birləşmiş Millətlər Təşkilatı bu il humanitar yardım fəaliyyətini davam etdirmək üçün tələb olunan 21,1 milyard dollar əvəzinə cəmi 1,57 milyard dollar alıb, ABŞ kimi əsas donorların kənara çəkilməsi ianələri 40 faiz azaldıb.

TNS BMT-nin məlumatına istinadla xəbər verir ki, təşkilatın Ümumdünya Ərzaq Proqramı (WFP) indi ən çox ehtiyacı olan ölkələrə üstünlük verir və cəbhə bölgələrində qida rasionunu genişləndirir.

“Biz əməliyyat xərclərini azaltmaq üçün əlimizdən gələni etsək də, həyati təhlükə yaradan nəticələri olan maliyyə uçurumu ilə üzləşirik”, deyə bu strukturun bəyanatında bildirilib. Qeyd olunub ki, təcili qidalanma proqramları təkcə insanların həyatını xilas etmir, həm də onların əzabını yüngülləşdirir, ifrat dərəcədə aclıqla üzləşən əhaliyə, icmalara ümid verir.