Mark Karni plagiatda ittiham olunur
14
20:13 - 29 Mart 2025

Kanadanın yeni Baş naziri Mark Karni plagiatda ittiham olunur.
TNS xəbər verir ki, bu barədə “National Post” qəzeti yazıb.
Karni 1995-ci ildə müdafiə etdiyi iqtisadiyyat üzrə “Rəqabətin dinamik üstünlüyü” adlı doktorluq dissertasiyasının 10 hissəsinin digər mənbələrdən istinad olmadan köçürüldüyü iddiaları ilə üzləşib.
Britaniya Kolumbiyası Universitetinin dosenti Cefri Siqalet, “O, sadəcə olaraq, sitat gətirmədən bunu birbaşa köçürüb. Biz bunu plagiat adlandırırıq”, - deyib.