Saratovda təyyarə qəza enişi etdi
313
19:10 - 29 Mart 2025

Rusiyanın Saratov şəhərində göyərtəsində sərnişinlərin olduğu təyyarə nasazlıq səbəbindən qəza enişi edib.
TNS xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi məlumat yayıb.
Təyyarə Saratovdakı Qaqarin hava limanına enib.
“Təyyarə komandiri nasazlığı görərək təcili eniş tələb edib. Təyyarə uğurla eniş edib, heç bir dağıntı aşkar edilməyib, tələfat yoxdur”, - deyə, məlumatda qeyd olunub.