Bayram tətilində qəzalarda 550-dən çox adam ölüb

İranda son 14 gündə baş verən yol qəzalarında 550-dən çox insan həlak olub.
TNS xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Bildirilib ki, bu haqda İran Polisinin Trafik Şöbəsinin müdiri Əhməd Keremiesed deyib:
“Təəssüf ki, bu səhərə qədər (15-29 mart tarixləri arasında) 550-dən çox vətəndaşımız yol qəzalarında həyatını itirdi. Eyni zamanda, bu müddət ərzində 13 300-dən çox insan xəsarət alıb”.
İran rəsmisi şəhərlərarası yollarda hər gün bir milyondan çox sürət pozuntusunun qeydə alındığını və qəzaların əksəriyyətinin ehtiyatsızlıq və səhv ötmə kimi səbəblərdən baş verdiyini bildirib.