Close

Çoxmərtəbəli binada yanğın: ölən var

Bu gün Tbilisinin Varketili rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

TNS xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 1 nəfər yaşlı qadın ölüb.

Qonşu mənzillərdə yaşayan bir neçə insan tüstüdən zəhərlənib. Onlar xəstəxanaya yerləşdirilib.

Yanğın tamamilə söndürülüb, lakin hadisənin səbəbi hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.