Daha bir güclü zəlzələ: dağıntı və tələfat...
771
14:43 - 29 Mart 2025

Myanmada yenidən zəlzələ olub.
TNS xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Myanmada 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin episentri təxminən 925 min insanın yaşadığı paytaxt Neypitaudan 19 km cənub-qərbdə yerləşib. Tələfat və dağıntı barədə məlumat verilməyib.
Xatırladaq ki, ötən gün Myanmada 7,7 maqnitudalı zəlzələ baş verib. Son məlumata görə, zəlzələdə ölənlərin sayı 1000 nəfərə çatıb, 2400 nəfər isə xəsarət alıb.